AZ

Nsəib Məhəməliyev:”Azərbaycan qlobal tədbiri ən yüksək səviyyədə keçirdi”

“COP konfranslarının keçirilməsində əsas məqsəd Yer kürəsində iqlim dəyişikliklərinin , quraqlığın, su çatışmamazlığının, ekoloji tarazlığın pozulmasının, ətraf mühitin çirklənməsinin qarşısının alınmasıdır. Bu məsələ ayrı-ayrılıqda nə Azərbaycanın, nə də ki, hansısa digər ölkənin milli məsələsi deyil”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Millət vəkilinin sözlərinə görə, COP29-un Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edilən andan bəzi Qərb dairələri Azərbaycan əleyhinə qarayaxma, böhtan kampaniyasına start veriblər:

“Maksimum çalışdılar ki, belə bir humanitar prosesi siyasiləşdirsinlər. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Bakıya gəlməməsinin səbəbi də siyasi xarakter daşıyır. Ətraf mühitin çirklənməsində ən çox pay sahibi Çin, ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya, Avropa İttifaqına daxil olan sənaye baxımdan inkişaf etmiş ölkələrdir. İqlim dəyişiklikləri ilə bağlı problemlərin həllində əsasən iki məsələ durur. Biri istixana qazlarının emissiyasının azaldılması, digəri maliyyədir. Ona görə də ən çox maliyyəni həmin ölkələr ayırmalıdır. Almaniya xarici işlər naziri Berbokun mətbuat konfransında səsləndirdiyi fikirlər çərçivəsində Azərbaycanda insan haqqlarının pozulmasından danışması, diqqəti əsas məsələdən ayırmaq deməkdir. Burada, təəssüf doğuran odur ki, Qərbin antiAzərbaycan təbliğatına, özlərini müxalifət adlandıranlar qoşulub. Hesab edirəm ki, ümummilli məsələlərdə ayıq-sayıq olmalı, milli birlik nümayiş etdirməliyik. Dövlətin mənafeyini, min bir əziyyətlə yaradılmış sabitliyi  qorumalıyıq”.

Millət vəkili bildirib ki, COP29 konfransı uğurla başa çatdı:

“300 milyard dollar vəsaitin ayrılması, 2035-ci ilə qədər sözü gedən məbləğin 1,5 trilyon dollara çatdırılacağı barədə razılıq əldə olundu. 10 ildən artıq müzakirə predmetinə çevrilmiş və tərəflər araslnda ən çox mübahisə doğuran Paris razılaşmasının 6-cı bəndi ilə bağlı konsensus əldə olundu. Etiraf etmək lazımdır ki, bu tipli tədbirlərdə 100%- lik nəticə əldə olunmur.  Bütün təxribatlara, təzyiqlərə rəğmən fəxrlə deyə bilərik ki, Azərbaycan belə bir irimiqyaslı, qlobal tədbiri ən yüksək səviyyədə keçirdi və əsasən istəyinə nail oldu”.

Seçilən
12
xalq.az

1Mənbələr