"Xankəndi" Futbol Klubu növbəti transferini reallaşdırıb.
Bizim.Media xəbər verir ki, Region Liqası təmsilçisi 20 yaşlı müdafiəçi Nihad Ağayevi heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycanın U-16, U-17 və U-19 yığmalarının şərəfini qorumuş Ağayev, Sumqayıt futbol məktəbinin yetirməsidir və karyerası ərzində "Sumqayıt", "Neftçi", MOİK və "Füzuli" komandalarında forma geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta