AZ

Yerli avtobus istehsalına 8 il müddətində ƏDV güzəşti tətbiq ediləcək - DVX rəsmisi

Vergi Məcəlləsindəki dəyişikliklərdən biri, yerli avtobus istehsalçılarına vergi güzəştlərinin tətbiq edilməsidir.

Fins.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev "Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda keçirilən tədbirdə deyib.

Quliyev qeyd edib ki, 2023-cü ildən başlayaraq yerli istehsal olan minik avtomobillərinin satışının ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Bundan əlavə, minik avtomobillərinin istehsalı üçün ehtiyat hissələrinin idxalı da ƏDV-dən azad olacaq.

Bundan sonra, "yaşıl iqtisadiyyat"a keçidin dəstəklənməsi məqsədilə növbəti ildən başlayaraq yerli avtobus istehsalının da 8 il müddətinə ƏDV-dən azad olunması planlaşdırılır. Həmçinin, avtobus istehsalı üçün idxal olunacaq ehtiyat hissələri də ƏDV-dən azad ediləcək. Bu addımlar ölkədə avtomobil sənayesinin inkişafına təkan vermək və "yaşıl iqtisadiyyat"a keçidi dəstəkləmək məqsədini güdür.

Seçilən
11
1
fins.az

4Mənbələr