«Xəzər Lənkəran»ın sabiq qapıçısı Orxan Sadıqlı 7 aydan sonra yenidən futbola dönüb.
Ötən mövsümü «Sumqayıt»da keçirmiş qapıçı bundan sonra II Liqada çıxış edəcək.
O, «Hypers»ə üz tutub. «Əlcək sahibi” Quba təmsilçisi ilə gələn ilin yayınadək qüvvədə qalacaq müqavilə imzalayıb.
Lənkəran klubunda yetişən qolkiper üçün II Liqa “dib” sayıla bilməz. Orxan 2 il öncə Region Liqasında “Xan Lənkəran”ın formasını geyinib.
SPORTİNFO.AZ