Ordubad stansiyasından 50 kilometr cənub-şərqdə - İran ərazisində zəlzələ qeydə alınıb.
Missiya.Az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 20:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,4-ə bərabər olub. Ocağı 4 kilometr dərinlikdə yerləşən zəlzələ Ordubad şəhərində 3 bala qədər hiss edilib.