AZ

"Abşeron"un baş məşqçisi: "Təəssüf ki, bugünkü məğlubiyyət çox acı idi"

Təəssüf ki, bugünkü məğlubiyyət çox acı idi.

"Far.Az"un məlumatına görə, bunu "Abşeron" klubunun baş məşqçisi Erhan Toker "Naxçıvan"a qarşı Azərbaycan Basketbol Liqasının IV turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Türkiyəli mütəxəssis məğlub olduqları görüş barədə danışıb:

"Oyun üslubumuzu inkişaf etdirmişik. İlk dövrələrdə bunu sübut etdik. Yaxşı oyun sərgilədik. Rəqib komanda sərt oynamağa başlayanda biz öz oyun üslubumuzu itirdik. Çünki görüşün baş hakimi qayda pozuntuları zamanı matçı saxlamırdı. Təəssüf ki, bugünkü məğlubiyyət çox acı idi. Qalib gələ biləcəyimiz qarşılaşmanı uduzduq. Bəzi legioner oyunçularımızın yetəri qədər təcrübəsi yoxdur. Bu isə biz məşqçilərin işidir. Onları inkişaf etdirmək və lazımı səviyyəyə çatdırmalıyıq. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm".

Qeyd edək ki, "Abşeron" - "Naxçıvan" qarşılaşması ikincilərin 72:68 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
11
1
far.az

2Mənbələr