AZ

Alla Puqaçova əvvəllər "kişi" olub - FOTO

Dünya şöhrətli müğənni Alla Puqaçova illər öncə kişi adı altında mahnılar bəstələyib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Alla öz yaradıcılığına həsr olunmuş "Oxuyan qadın" musiqili bədii filminə çəkilərkən bir neçə mahnı yazıb.

Lakin o zamankı sərt senzura müğənninin mahnılarını qəbul etməyib. O zaman Alla Puqaçova Boris Qorbonos imzalı mahnıları münsiflər heyətinə təqdim edib və bəyənilib. Bəs bu sirli bəstəkar kim idi?  Hər kəs onun şəkillərini görmək istəyirdi.

Alla Puqaçova saxta bəstəkar haqqında əfsanə uydurmalı olub. Bildirib ki, Boris iflic keçirib və evindən bayıra çıxa bilməyən əlil bəstəkardır. O özünə bığ yapışdırıb, parik qoyaraq kişi obrazına şəkil çəkdirib və münsiflər heyətinə təqdim edib. Beləliklə, illər boyu olmayan bir bəstəkarın  mahnıları dildən-dilə dolaşıb.

Alla Puqaçova bu sirri yalnız yaxın zamanlarda açıqlayıb. Borisin adı ilə yazılmış ən məşhur mahnı isə "İlahi rəhm elə sevən qadına" mahnısıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
14
milli.az

1Mənbələr