AZ

Vasili Berezutski: "Sabah"ın baş məşqçisi olmaq mənim üçün əla fürsətdir"

"Sabah"ın baş məşqçisi olmaq mənim üçün əla fürsətdir".

Sportinfo.az xəbər verir ki, bunu "Sabah"ın yeni baş məşqçisi Vasili Berezutski klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, təyinatı ilə bağlı danışıb:

"Sabah"ın baş məşqçisi olmaqdan qürur duyuram. Bu, mənim üçün əla fürsətdir.

Bundan sonra yolumuza birlikdə davam edəcəyik. Ümid edirəm ki, bu yol məhsuldar, maraqlı və çox həyəcanlı keçəcək.

Murad Musayev uzun müddət "Sabah"ın baş məşqçisi olduğu üçün bu klubu onun sayəsində tanıyıram.

Muradla münasibətim çox yaxşıdır, biz birlikdə oxumuşuq. O, "Sabah"da işləməyə başladıqdan sonra komandanın oyunlarını izləyirdim".

Vasili Berezutski ötən gün “Sabah"ın baş məşqçisi təyin olunub. Onunla 2,5 illik müqavilə imzalanıb. Komanda hazırda Misli Premyer Liqasının turnir cədvəlində 19 xalla 5-ci pillədə yer alıb.

Seçilən
20
sportinfo.az

1Mənbələr