AZ

Hərbi xidmətdən yayınmaq üçün bilərəkdən kökəldi

  Cənubi Koreyada kişi hərbi xidmətdən yayınmaq üçün bilərəkdən kökəlib.

Dostunun məsləhəti ilə məcburi hərbi xidmətdən yayınmaq üçün nəzarət çəkisi ölçmələrindən əvvəl daha çox kalori yeməyə və çoxlu su içməyə başlayıb.

İlkin tibbi müayinə zamanı 26 yaşlı təqsirləndirilən şəxs hərbi xidmətə yararlı hesab olunub. Ancaq son testdə ona piylənmə diaqnozu qoyulub - koreyalı 169 santimetr boyu ilə 102 kiloqram ağırlığında olub. Onun bədən kütləsi indeksi 35,8 olub.

Həkimlər onu yalnız qeyri-döyüş vəzifəsinə yararlı hesab ediblər.

Məhkəmə həmin şəxsi qəsdən kökəlməklə məcburi hərbi xidmətdən yayınmağa cəhddə təqsirli bilib və 1 il müddətinə azadlıqdan məhrum edilib.

Onun dostu da günahkar bilinib, o, xidmətdən yayınmaq üçün kökəlməyi tövsiyə edib, hətta kökəlmək üçün məsləhətlər verib. O, 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qanuna görə, Cənubi Koreyada 18 yaşdan yuxarı bütün kişilər ən azı 18 ay orduda xidmət etməlidirlər./Lent.az  

Seçilən
32
referans.az

1Mənbələr