Qazaxın işğaldan azad olunan 4 kəndi yüksək səviyyədə bərpa olunacaq.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Komitə sədri Səməd Seyidov parlamentin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.
“Xarici siyasət həmişə daxili siyasətin məntiqi davamıdır. Bu gün Qazaxın 4 kəndi işğaldan azad edilib. Bilirəm ki, hökumət bu istiqamətdə işlər görür. Bu kəndlər də yüksək səviyyədə bərpa olunacaqlar.