AZ

100 min dollarlıq cərimə

NBA "Atlanta Houks" klubunu 100 min dollar cərimələyib.

İdman.biz xəbər verir ki, bunu səbəb komandanın basketbolçusu Trey Yanqın "Boston Seltiks"lə oyunda meydana çıxmamasıdır.

Liqa rəhbərliyi noyabrın 12-də keçirilən qarşılaşmada Treyin səbəbsiz yerə meydana çıxmadığını müəyyənləşdirib. NBA-nın açıqlamasında "Atlanta"nın liqada basketbolçuların iştirakı siyasətini pozduğu bildirilib.

Qeyd edək ki, təşkilatın yeni Kollektiv Müqaviləsinə (CBA) əsasən, komandalara oynamaq imkanı olan basketbolçulara istirahət vermək hüququna qadağa qoyulub. Yeni siyasət azarkeş marağı və televiziya reytinqi səbəbindən yürüdülüb.

İdman.biz

Seçilən
8
2
idman.biz

3Mənbələr