AZ

MDB ölkələri Vyanda toplandı - Kritik müzakirə

MDB iştirakçısı olan ölkələrin nümayəndə heyətləri Vyanada Avropada adi silahlara nəzarət məsələlərini, o cümlədən etimad və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə tədbirləri müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Qeyd olunub ki, iclasda Belarus, Qazaxıstan, Rusiya, Tacikistan, Özbəkistan, MDB İcraiyyə Komitəsinin nümayəndələri, eləcə də müşahidəçi qismində Azərbaycanın nümayəndələri iştirak ediblər.

"Təhlükəsizlik ölçüsünün hərbi-siyasi aspektləri, o cümlədən Avropada adi silahlara nəzarət məsələsi, etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Vyana danışıqlar platformalarının fəaliyyəti ilə bağlı müxtəlif məsələlər nəzərdən keçirilib”-deyə, məlumatda vurğulanıb.

Rusiya XİN əlavə edib ki, tərəflər ATƏT regionunda təhlükəsizliyin möhkəmləndirilməsi, eləcə də davamlı sülhün və beynəlxalq sabitliyin qorunması məqsədilə MDB çərçivəsində işi davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.


Müəllif: Teleqraf.com
MDB
Seçilən
1
15
teleqraf.com

10Mənbələr