AZ

"COP29-un uğuruna görə Azərbaycanı təbrik edirik" - Müsəlman Ağsaqqallar Şurası

Image

Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsi beynəlxalq təşkilatlar tərəfindən təqdirlə qarşılanır. Əl-Əzhər əş-Şərifin şeyxi, böyük imam doktor Əhməd əl-Tayyib öz adından və sədri olduğu Müsəlman Ağsaqqalları Şurası adından Azərbaycan Respublikasını, Prezident İlham Əliyevi və COP29-un rəhbərliyini noyabrın 12-22-də Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etməsi münasibətilə səmimi şəkildə təbrik edib.

Bu barədə “əl-Əhram” portalında dərc edilmiş bəyanatda deyilir. Qeyd olunur ki, Müsəlman Ağsaqqalları Şurası bu konfransın uğurla yekunlaşması üçün Azərbaycan rəhbərliyinin və xalqının göstərdiyi yüksək səyləri təqdir edib. Bildirilib ki, COP29 inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşdirilməsini gücləndirmək, karbon bazarlarını aktivləşdirmək və gənclərin iqlim fəaliyyəti sahəsində ön sırada yer almasının vacibliyini vurğulamaq baxımından keyfiyyətli bir dönüş nöqtəsi yaratmağa müvəffəq olub. Eyni zamanda təbrikdə bu nailiyyətlərin ekoloji tarazlıq və iqlim ədalətinə doğru böyük bir addım olduğu qeyd olunub.

Mətləb Salahov






Seçilən
1
2
baki-xeber.com

4Mənbələr