AZ

İsrail Qəzzada 7160 qırğın həyata keçirib

Yazını böyüt
Yazını kiçilt

Qəzza zolağının Səhiyyə Nazirliyi elan edib ki, “işğal qüvvələri 7 oktyabr 2023-cü ildən bu ayın əvvəlinə qədər Qəzza zolağında fələstinli ailələrə qarşı 7160 qırğın həyata keçirib”.

Hafta.az-ın yazdığına görə, nazirliyin rəsmi Facebook hesabında edilən paylaşımda, “Eyni dövrdə işğal qüvvələri 5444 ailə üzvündən ibarət təxminən 1410 ailəni əhali qeydlərindən tamamilə silib. Yalnız bir nəfərin sağ qaldığı ailələrin sayı 3463 olduğu halda, bu ailələrdə ölənlərin ümumi sayı 7934 olub” deyilir.

DPA xəbər agentliyinin məlumatına görə, İsrail qırğınlarına məruz qalan və birdən çox adamın sağ qaldığı ailələrin sayı təxminən 2287-dir. Bu ailələrin vəfat etmiş üzvlərinin sayı 9577-dir.

Səhiyyə Nazirliyi İsrailin Qəzza zolağına son 24 saatda təşkil etdiyi hücumlarda 14 fələstinlinin həyatını itirdiyini, 108 nəfərin yaralandığını, müharibədə ölənlərin sayının isə 44249 nəfərə yüksəldiyini açıqlayıb.

Nazirlik qeyd edib ki, 2023-cü il oktyabrın 7-də başlayan müharibədən indiyədək xəsarət alanların ümumi sayı 104746 nəfərə çatıb.

Seçilən
20
hafta.az

1Mənbələr