Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt Bulvarı ərazisində qeydə alınıb. Bildirilib ki, bulvar ərazisində yolu süpürən 1985-ci il təvəllüdlü Səriyyə Tofiq qızı Zeynalovanı avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.