Türkiyənin Bitlis şəhərində səhər saatlarında 4,3 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Zəlzələ saat 05.50-də Bitlisin mərkəz mahalında baş verib. Zəlzələnin dərinliyi yerin 8,71 kilometr dərinliyində qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.