AZ

Tramp 2020-ci ildəkindən daha çox səs qazanıb

Respublikaçılar Partiyasından seçilmiş Donald Trampa dəstək onun ABŞ prezidentliyinə sonuncu dəfə namizədliyini irəli sürməsindən sonra xeyli artıb. 

Demokrat Kamala Harrisi məğlub etməklə, Tramp 50 ştatın hər birində və Vaşinqtonda dörd il əvvəlkindən daha çox səs qazanıb. 

“Cebheinfo.az” “Associated Press”-ə istinadən qeyd edir ki, o, 40 ştatda 2020-ci ildən daha çox faktiki səs qazanıb. 

“Sözsüz ki, Harrisin məğlubiyyətinin amillərindən biri xüsusilə də, seçkidə qalib gələn partiyanın dayağı olan “yelləncək” ştatların böyük şəhərlərində Prezident Co Baydenin 2020-ci ildəki səsləri ilə müqayisədə 7 milyondan çox azalması idi. Lakin ümummilli fəallığın 2020-ci il seçkilərindən aşağı olmasına baxmayaraq, Tramp dörd il əvvəlkindən 2,5 milyon çox səs toplayıb.

O, Seçicilər Kollegiyasında böyük qələbə qazanmaq üçün ən rəqabətli 7 ştatı geridə qoyaraq son 20 il ərzində Seçicilər Kollegiyasının əksəriyyətinin səslərini qazanan ilk respublikaçı namizəd olub. Tramp xəritədə mövqeyini yaxşılaşdırsa da, onun uğurları xüsusilə sənayeləşmiş Miçiqan, Viskonsin və Pensilvaniya ştatlarında Harrisin seçki mərkəzinə çevrilmiş Detroyt, Miluoki və Filadelfiya şəhər əyalətlərində nəzərə çarpırdı. 

Miçşiqan ştatının Detroyt metro rayonunun ən gur hissəsini təşkil edən Ueyn dairəsində Harris 50 mindən çox səs toplayıb ki, bu da Baydenddən 5 faiz bəndi azdır. O, Pensilvaniya ştatının Filadelfiya dairəsində Baydendən təxminən 36 min səs, Viskonsin ştatının Miluoki dairəsində təxminən 1000 səs geridə idi. 

Seçilən
7
cebheinfo.az

1Mənbələr