Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 5-ci turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də 9 qarşılaşma baş tutacaq.
Günün maraqlı qarşılaşmalarından biri İngiltərədə keçiriləcək. “Liverpul” doğma meydanda İspaniya təmsilçisi “Real”ı qəbul edəcək. “Yuventus” (İtaliya) isə səfərdə “Aston Villa”nın (İngiltərə) qonağı olacaq. Almaniya təmsilçisi “Borussiya” isə Xorvatiyada “Dinamo” ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqasında 6-cı turun görüşləri dekabrın 10-da və 11-də keçiriləcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 5-ci tur
27 noyabr
21:45. “Srvena Zvezda” (Serbiya) – “Ştutqart” (Almaniya)
21:45. “Şturm” (Avstriya) – “Jirona” (İspaniya)
00:00. “Liverpul” (İngiltərə) – “Real” (İspaniya)
00:00. PSV (Niderland) – “Şaxtyor” (Donetsk, Ukrayna)
00:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Borussiya” (Dortmund, Almaniya)
00:00. “Seltik” (Şotlandiya) – “Brügge” (Belçika)
00:00. “Monako” (Fransa) – “Benfika” (Portuqaliya)
00:00. “Aston Villa” (İngiltərə) – “Yuventus” (İtaliya)
00:00. “Bolonya” (İtaliya) – “Lill” (Fransa)