Hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası ölkə prezidenti postuna deputat və keçmiş futbolçu Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, partiyanın mərkəzi ofisində keçirdiyi brifinqdə “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişvili deyib: “Mən şadam ki, partiyanın siyasi şurasının qərarına əsasən, Gürcüstan prezidenti vəzifəsinə Mixail Kavelaşvilinin namizədliyini irəli sürürəm.