AZ

150 minə yaxın ukraynalı Rusiya tərəfinə KEÇİR – “The Times”

Minlərlə ukraynalı Kremlin nəzarətində olan ərazilərə geri dönür. Onlar Kiyev hökumətindən mənzil, sosial yardım və iş imkanları əldə edə bilmədiklərini bildirir.

Yenicag.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

Qəzet yazır ki, Mariupol şəhərindən olan ukraynalıların təxminən 30%-i artıq geri qayıdıb və onların bir çoxu Rusiya vətəndaşlığını qəbul etməyə hazır olduqlarını bəyan ediblər.

Zelenskinin hakim partiyasından deputat Maksim Tkaçenko vəziyyətlə bağlı bildirib ki, Rusiyanın işğal etdiyi şəhər və qəsəbələrdən olan 150 min nəfərə yaxın insan Ukraynanın nəzarətində olan bölgələrdə yeni həyat qurmaq üçün cəhdlərindən vaz keçib. Onun sözlərinə görə, bu şəxslər doğma şəhərlərinə qayıtmaqdan başqa çıxış yolu görməyiblər.

Ukraynalı rəsmilər də təsdiqləyirlər ki, məcburi köçkünlər dövlət dəstəyinin çatışmazlığından əziyyət çəkir. Onlar iş tapmaqda “ayrı-seçkilik” və əmək bazarında “skeptisizm”lə üzləşirlər. Bundan əlavə, nə itkilərə görə kompensasiya, nə də sosial dəstək alırlar.

Nəşrin məlumatına görə, Rusiya isə Mariupola geri qayıdan sakinlərə sosial yardımlar təqdim edərək onları işlə təmin edir. Rusiya rəsmiləri qeyd edirlər ki, yaxın altı ay ərzində geri qayıtmayan sakinlərin evləri milliləşdiriləcək. Lakin geri dönənlər öz evlərini geri almaq və təmir edilmiş yaşayış yerlərində məskunlaşmaq imkanına sahibdirlər. Mariupolda yeni təmir edilmiş yaşayış məntəqələrinə qayıdanların sayı da getdikcə artır. Bu, həm Kreml, həm də Kiyev tərəfindən maraqla izlənilən bir tendensiya kimi dəyərləndirilir.

Rafi Müslümov

Seçilən
59
yenicag.az

1Mənbələr