AZ

“Bakıda havanın necə olması bizi maraqlandırmır” – “Lion”un baş məşqçisi

Lion “Olimpik”inin baş məşqçisi Pyer Saj UEFA Avropa Liqasında “Qarabağ”la keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

Tribunainfo.az xəbər verir ki, 45 yaşlı mütəxəssis səfər ərəfəsində Fransa klubunun sosial şəbəkəsinə qısa açıqlamasında Bakıdakı havanın küləkli və yağışlı olmasının onları narahat etmədiyini bildirib.

Saj səfər matçına 3 xal üçün yollandıqlarını deyib: “Bakıda havanın necə olması bizi maraqlandırmır. Biz ora futbol oynamağa gedirik. Yağış, külək, ildırım yaxşı oyun sərgiləməyimizə mane ola bilməz. Biz hər zaman qalibiyyət üçün meydana çıxmalıyıq. Futbolçuların motivasiyası yüksəkdir. Bu, nikbinlik üçün kifayətdir”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpik” oyunu saat 21:45-də başlayacaq.

Seçilən
3
32
tribunainfo.az

10Mənbələr