AZ

Rusiyalı jurnalistlər Almaniyadan qovulur

Almaniya hökuməti Rusiyanın “Birinci Kanalı”nın Berlindəki bürosunu bağlamaq qərarına gəlib.

KONKRET.az telekanala istinadən xəbər verir ki, müxbirlər İvan Blaqoy və Dmitri Volkova dekabrın ortalarına qədər ölkəni tərk etmək tapşırılıb. İvan Blaqoy deyib ki, 10 səhifəlik sənəd  Aİ-nin sanksiya paketlərinə istinadən tərtib edilib. Eyni zamanda sənədləri araşdıran alman hüquqşünas jurnalistlərin Almaniya qanunlarını pozmadığını və bütün lazımi tələblərə cavab verdiyini  vurğulayıb: “Bununla belə, bizə qapını göstərdilər”,-deyə Blaqoy Birinci Kanalın efirində deyib.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
376
konkret.az

1Mənbələr