AZ

Sahil Babayev: "Azərbaycanda pensiyaçıların pensiyada olma müddəti 14,8 ildir"

Biz pensiyaların inflyasiyadan 3 dəfə artıq indeksasiyasını aparırıq.

FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu, Azərbaycan hökumətinin ən mütərəqqi addımıdır: “Pensiya sistemi sığorta sistemidir. Bu 12 illik dövr üzərindən hesablanmış mexanizmdir. Bu gün Azərbaycan pensiyaçılarının pensiyada olma müddəti 14,8 ildir. Bu özü göstərir ki, bizim pensiya sistemimiz sosialyönümlüdür. 57 % yaşa görə pensiyaçılarımız 12 ildən artıq pensiya alır. Amma biz hər zaman qeyd edirik ki, pensiya sistemi dayanıqlı olmalıdır”. (Apa)

Seçilən
0
9
fed.az

10Mənbələr