Üç yaşlı qızını siyirmədə saxlayaraq onu əsas ehtiyaclarından məhrum edən ana baxımsızlıq və pis rəftara görə 7 il müddətinə azadlıqdan məhrum edilib.
"Cebheinfo.az" xəbər verir ki, İngiltərədə ana üç yaşlı qızını siyirmədə saxlayaraq etinasızlıq göstərdiyinə görə 7 il həbs cəzasına məhkum edilib.
Uşaq 2023-cü ilin fevralında ananın partnyoru tərəfindən təsadüfən tapılıb.
Uşaq həddindən artıq pis qidalanırdı, yeriyə və danışa bilmirdi və heç vaxt başqa insan siması görməmişdi. Məlum olub ki, uşaq 2020-ci ilin mart ayında Çeşirdəki evində vannada doğulub, heç bir rəsmi qeydi olmayıb və doğulandan bəri siyirmədə gizlənib. Ana yalnız arabir uşağa südlü “Weetabix” və şprislə qidalandırıb, bezini dəyişdirib. Ananın işə getdiyi və digər uşaqlarını məktəbə apardığı saatlarda uşaq tək qalıb. Uşaq tapılan zaman yeriyə, iməkləyə və heç bir səs çıxara bilməyib.
Əzələləri zəif, ayaqları şişib. Onun inkişaf səviyyəsi həddindən artıq laqeydlik səbəbindən 10 aylıq körpəninkinə bərabər idi. Onun yeni baxıcısı bildirib ki, uşaq hətta gülümsəməyi və yeməyi öyrənməlidir. Hakim Steven Everett ananın davranışını "inanılmaz dərəcədə pis" adlandırıb və uşağın sevgidən, tibbi yardımdan və sosial ünsiyyətdən məhrum olduğunu bildirib.
Hakim ananın hərəkətini “diri ölüm” kim qiymətləndirib. İndi himayədar ailənin himayəsində olan uşaq ilk dəfə yelləncəyə minmək, gəzmək və danışmaq kimi bir çox şeyi yaşayır. Onun himayədar ailəsi onun ilk addımlarına və sözlərinə şahid olmağın həm kədərli, həm də gözəl olduğunu bildirib. Prokuror Raçel Vorthinqton uşağın heç vaxt ad günü və ya Milad hədiyyəsi almadığını, bacı-qardaşları ilə heç bir əlaqəsi olmadığını və hətta öz adını belə tanımadığını vurğulayıb. O bildirib ki, ədalət öz yerini tapıb.