AZ

Britaniya nəşri Ukraynanın itkilərindən YAZDI - Müharibənin GİZLİ STATİSTİKASI

Rusiya ilə müharibə zamanı 60-100 min arası Ukrayna hərbçisi həlak olub, təxminən 400 min nəfər isə ağır yaralanıb və bu səbəbdən döyüşlərdə iştirak edə bilmir.

Musavat.com xəbər verir ki, bu barədə “The Economist” öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, bu rəqəmlər yalnız hərbçiləri əhatə edir və mülki vətəndaşların itkiləri daxil deyil.

Nəşr müxtəlif mənbələrdən əldə etdiyi məlumatlara əsaslanaraq, rəsmi olaraq açıqlanmayan Ukrayna Silahlı Qüvvələrinin itkilərini qiymətləndirməyə çalışıb.

Qərb kəşfiyyatı Rusiyanın itkilərinin 200 min nəfərə yaxın olduğu barədə məlumat verir.

Musavat.com

Seçilən
2
25
musavat.com

10Mənbələr