Böyük Britaniyada 64 yaşlı musiqiçi beyin əməliyyatı zamanı gitara çalıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 64 yaşlı musiqiçi Kolin Miller əl-barmaqlarının hərəkət qaliliyyətini itirməmək üçün əməlliyyat zamanı saatlarla gitara çalıb. Beləliklə həkimlər xəstənin əl və barmaq hərəkətlərinin pozulmamağına nəzarət edə biliblər.
Millerin əməliyyatı 8 saat çəkib və beynindən tenis topu böyüklüyündə şiş çıxarılıb.
2023-cü ilin oktyabrında qlioblastoma diaqnozu qoyulan Miller, əməliyyatdan sonrakı təcrübələrini paylaşıb: \"Əməliyyat zamanı oyaq qalmağı seçdim. Həkimlər sol böyrümü necə istifadə etdiyimi soruşduqda, gitara çaldığımı dedim. Həkimlər məndən gitara çalmağımı istədilər, bildiyim mahnıları ifa edə bilmədim, amma akkordları düzgün çala bildim.
Cəmalə