AZ

Ukrayna Dünya Bankından 4,8 milyard dollar alıb

Ukrayna Dünya Bankından 4,8 milyard dollar alıb

Ukrayna "Sülh Ukraynada" investisiya layihəsi vasitəsilə Dünya Bankından 4,8 milyard dollar alıb. AFN.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal öz Telegram kanalında bildirib.“Sülh layihəsi çərçivəsində Ukrayna Dünya Bankından 4,8 milyard dollar alıb. Bu, bankın tarixində islahatların həyata keçirilməsində, sosial və təhsil sahələrində, səhiyyədə, kənd təsərrüfatı məhsulları istehsalçılarında, eləcə də bərpa layihələrində dövlətimizə dəstək məqsədilə həyata keçirilən ən böyük investisiya layihəsidir”, - deyə Şmıqal qeyd edib.Onun sözlərinə görə, 2022-ci ilin fevral ayından etibarən Dünya Bankının mexanizmləri vasitəsilə təxminən 50 milyard dollar cəlb edilib.

Seçilən
12
1
afn.az

2Mənbələr