AZ

İsrail ordusu çıxdı , Livanlılar evə qayıdır - VİDEO

İsrailin hücumları səbəbiylə məcburi köçkün olan yüz minlərlə livanlı bu səhər qüvvəyə minən atəşkəs razılaşmasından sonra evlərinə qayıtmaq üçün yola düşüb.

Olaylar xarici mətbuata istinadən xəbər verir ki, cənuba gedən yollarda sıx hərəkət olarkən, bölgədə 40 mindən çox evin sökülməsi səbəbindən yollara düşən livanlıların bir çoxu  yuvalarını yerində tapmayacaq.

Qeyd edək ki, 2023-cü ilin 8 oktyabrında İsrail ilə Hizbullah arasında başlayan toqquşmalar son aylarda müharibəyə çevrilib. Bu münaqişələr səbəbindən 5,3 milyon əhalisi olan Livanda təxminən 1,9 milyon insan məcburi köçkün olub.

Bu səhər, saat 05:00-da İsrail ilə Livan arasında atəşkəs qüvvəyə minib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
2
olaylar.az

3Mənbələr