AZ

Deputat: "Yevlax şəhərinin olduqca ciddi və 30 ildən artıq vaxtı əhatə edən problemin həllində hökumətdən dəstək istəyirik"



"Vətən müharibəsində əldə olunan Zəfər Qələbəsi tarixə qızıl hərflərlə yazılan şərəfli bir salnamə yazmaqla yanaşı, hər bir azərbaycanlıya möhtəşəm qələbə sevincini yaşatdı və bu gün də yaşatmaqda davam edir. Azərbaycan COP29 kimi qlobal əhəmiyyətli tədbirə sədrlik edərək onu uğurla başa çatdırmaqla bir daha qlobal liderliyini dünyaya sübut etmiş oldu. Möhtərəm Prezident İlham Əliyevin parlaq siyasi obrazı daha qlobal şəkildə sülh və xilaskarlıq təşəbbüslərinin bir lideri kimi dünyaya təqdim olundu. Bunu təkcə biz deyil, bütün dünya gördü. Bu bir qururverici an idi".

Newscenter.az xəbər verir ki, bunu deputat İlham Məmmədov Milli Məclisdə 2025-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib. Büdcə zərfi haqqında mövqeyini açıqlayan deputatın sözlərinə görə, növbəti ilin büdcə layihəsi ilə tanışlıq onu deməyə əsas verir ki, büdcə dünyada baş verən siyasi, iqtisadi, hərbi kataklizmlər nəzərə alınmaqla Azərbaycanın sosial-iqtisadi inkişaf perspektivlərinə əsaslanaraq hazırlanıb. "Müstəqillik dövrümüzün ən yüksək maliyyətutumlu büdcəsidir. Belə ki, gələn ilin büdcəsi həm gəlirləri, həm də xərcləri rekord həddədir. Bütün sahələr üzrə əhəmiyyətli dərəcədə artımlar nəzərdə tutulub", - o qeyd edib.

Deputat əlavə edib ki, 2025-ci ilin büdcə layihəsində bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də yetərincə vəsait ayrılıb: "Səhiyyə sahəsinə ayrılan 2 milyard manata yaxın vəsaitin 1 milyon 410 min manatı, yəni 70,6%-i əhalinin dövlət vəsaiti tibbi sığortalanması və səhiyyə sahəsində olan dövlət proqramlarının xərclərinə yönələcək. Bu 2020-ci illə müqayisədə bu 45 fazi artım deməkdir. Cəmi 3 keçməsinəbaxmayaraq, bu artım haradasa yarıbayarıartıb. Bu təkcə rəqəm deyil, həm də real həyatda hər bir Azərbaycan ailəsinin etibarlı şəkildə sağlamlığının qorunması və əlçatanlığıdır. Ona görə də səhiyyəsahəsində ayrılan vəsaitin artırılmasını alqışlayıram və bildirmək istəyirəm ki, icbari tibbi sığortanın qısa zamanda ölkəmizdə uğurlu tətbiqi cənab Prezidentin siyasi iradəsinin nəticəsidir. Hətta ən inkişaf etmiş ölkələrdə belə, bu yolu keçmək üçün on illər vaxt keçir. İcbari tibbi sığortanın tətbiqinin uğurlu olduğu ölkələri siyasi hakimiyyətinin əsas siyasi reytinqi və indkiatoru hesab olunur.

Bu müqayisəni apararaq bildirmək istəyirəm ki, ölkəmizdə son bir il ərzində İcbari Tibbi Sığorta Fondunun həyata keçirdiyi xidmətlər zərfinin sayı 3315 çatdırılıb. 3 il bundan öncə bu 1700-1800 arasında idi. Özü də bura maliyyə tutumu yüksək olan və icrası mürəkkəb olan orqan transplantasiyası, bir sıra xoşxassəli şişlərin əməliyyatı və bu kimi mürəkkəb xidmətlər daxil edilib. Bu xidmətlər Azərbaycan həkimləri tərəfindən icra olunur. Yəni deməyim odur ki, burada təkcə kəmiyyət deyil keyfiyyəti özündə ehtiva edən bu əməliyyatlar artıq ölkəmizdə icra olunur. 4 milyon əhalimizəson bir ildə 62 milyondan çox tibbi xidmət göstərilib. 2023-2024-cü illərdə 223 orqan transplantasiyası həyata keçirilib. Bu gün qaraciyər, böyrək və sümük iliyi transplantasiyası icbari tibbi sığorta hesabına həyata keçirilir. Bunların daha keyfiyyətli həyata keçirilməsi, eyni zamanda həkim çatışmazlığını aradan qaldırmaq və daha peşəkar həkimlərin Azərbaycan səhiyyəsinə cəlb etmək istiqamətində davamlı olaraq işlər həyata keçirilməkdədir. Bununla bağlı olaraq, xüsusi proqram qəbul edilib. Proqramın icrası nəticəsində TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə xaricdə təhsil almış 76 həkim və mütəxəssislər dəvət edilərək işlər təmin olunub. Onlar ölkədə uğurla fəaliyyət göstərməkdədirlər".

Hökumətin diqqətini Yevlax rayonun üzləşdiyi problemlərə çəkərək, onların həlli istiqamətində ciddi addımların atılmasını təklif edən deputat İlham Məmmədov bildirib ki, Yevlax şəhərinin olduqca ciddi həyəcan təbili çalınan və 30 ildən artıq bir vaxtı əhatə edən problemin həllində hökumətdən dəstək istəyirik: "Bu problem ondan ibarətdir ki, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin 251-ci kilometrliyində qorunan dəmiryol keçidinin 1987-ci ildə ləğv edilməsi nəticəsində Yevlaxın Aeroport, Çənlibel, Şəkitayı yaşayış massivində yaşayan 10 mindən çox insanın dəmir yolunun bir tərəfindən digər tərəfinə keçmək üçün avtomobillə 8-10 km məsafə yol qət etməli olurlar. Bu da sakinlərin əlavə vaxt itikisi ilə yanaşı, dəmiryolunu keçərkən insanların həyatına ciddi təhlükə yaradır. Dəfələrlə burada ölümlə nəticələnən hadisələr baş verib. Onu da qeyd edim ki, buradan bir yox, bir neçə yol qovşağı keçir. Problemi həll etmək üçün elə də böyük maliyyə məsrəfi tələb etməyən dəmir yolunun keçən həmin hissəsindən piyada və avtomobillər üçün 20-25 metrlik bir yeraltı keçidin tikintisinə ehtiyac var. Ümid edirəm ki, hökumət yevlaxlıların bu tələbini nəzərə alacaq və tez bir zamanda məsələ həllini tapacaq".
Seçilən
9
newscenter.az

1Mənbələr