Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin olunub.
Bu vəzifəyə Kamilə Hüseyn qızı Dadaş-zadə təyinat alıb.
Qeyd edək ki, Kamilə Dadaş-zadə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiridir.
K.Dadaşzadə sənətşünaslıq üzrə fəlsəfə doktoru, professordur.
2000-ci ildə “Azərbaycan aşıqlarının dastan havalarında semiotik prinsiplərinin təhlilinə dair” mövzusunda dissertasiya müdafiə edib. 40-a yaxın elmi məqalənin, monoqrafiyanın müəllifidir.
Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.
"Cebheinfo.az"