AZ

Ən çox axtarılan cinayətkar 21 ildən sonra saxlanılıb

Ən

2003-cü ildə San-Fransiskoda törədilən iki partlayışda şübhəli bilinən 46 yaşlı Daniel Andreas San Dieqo Şimali Uelsdə tutulub.

Reyting.az
xəbər verir ki, bombalı hücumlardan 21 il sonra ələ keçən Daniel Andreas San Dieqo ABŞ-da ən çox axtarılanlardan olub.

O, bazar ertəsi terrorla mübarizə polisi və Şimali Uels polisinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Böyük Britaniyanın bir hissəsi olan və Britaniya adasının cənub-qərbində yerləşən Uelsdə kənd evində ələ keçən Dieqonun ABŞ-a ekstradisiyası üçün prosedurlara başlanılıb.

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey deyib: “Daniel Andreas San Dieqonun 20 ildən çox müddət sonra ələ keçirilməsi göstərir ki, nə qədər vaxt aparsa da, FTB sizi tapacaq və məhkəməyə verəcək”.

Britaniya təhlükəsizlik rəsmiləri Dieqonun ABŞ səlahiyyətlilərinin tələbi ilə tutulduğunu və ekstradisiya prosesinin başlandığını açıqlayıb.

Qeyd edək ki, Dieqo ölkə daxilindən ABŞ-nın ən çox axtarılan terrorçuları siyahısına daxil olan ilk şəxsdir və onun tutulmasına kömək edən məlumat üçün 250 min dollar mükafat təyin edilmişdi.

V. QULİYEV
Seçilən
21
reyting.az

1Mənbələr