AZ

Ukrayna Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb

Ukrayna Ali Radasının Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin rəhbəri Aleksandr Merejko ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürməyi təklif edib.

Bu barədə deputatın Norveç Nobel Komitəsinə ünvanlanmış məktubuna istinadən “The Kyiv Independent” qəzeti yazıb.

Merejko yazıb: “Mən əminəm ki, Tramp dünya sülhünə mühüm töhfələr verib və o, gələcəkdə daha çox şey edə bilər”.

Deputat bildirib ki, respublikaçı Ukraynaya beynəlxalq dəstəyin əsasını qoyub və onu silahla təchiz etməkdə qlobal liderlik nümayiş etdirib.

Seçilən
13
aznews.az

1Mənbələr