AZ

MSK sədri: Bələdiyyə seçkilərində partiyaların iştirakı ilə bağlı iş aparmaq lazımdır

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov hesab edir ki, yanvarın 29-a təyin edilən yeni bələdiyyə seçkilərində partiyaların üzvləri fəal iştirak etməlidirlər.

“Report”un məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında sədr qeyd edib ki, bu istiqamətdə fəal olmaq lazımdır.

"Siyasi partiyaların seçkilərdə iştirakının üzərində dayanıram. Bu gündən o istiqamətdə fəal olmalısınız, partiyaların seçkilərdə iştirakı ilə bağlı iş aparmaq lazımdır", - o bildirib.

Seçilən
0
6
far.az

7Mənbələr