AZ

Sumqayıt şəhərinin 75 illiyinə həsr olunan kütləvi qaçış keçiriləcək

Bazar günü, dekabrın 1-də saat 9:00-da Zəfər Qaçış Klubunun təşkilatçılığı ilə Sumqayıt Bulvarında şəhərin 75 illik yubileyinə həsr olunmuş kütləvi qaçış tədbiri keçiriləcək. 

Fanat.Az xəbər verir ki, bu dəfə idmançılar yaxalarında şəhərin yubleyini və öz adlarını əks etdirən nömrələrlə qaçacaqlar. 

Atletlər qaçış maşurutu Tenis Klubunun qarşısından şimal istiqamətə start götürməklə 7 km-dən ibarət 3 dairə vuraraq ümumilikdə 21.1km (Yarı Marafon) məsafəsi qaçaraq finişə çatacacaqlar.

Qaçış eyni zamanda dekabrın 22-sində ölkəmizin idman paytaxtı Quba şəhərində keçiriləcək "Prezident Kuboku" uğrunda 42 km 195 metr məsafəyə qaçış marafonuna hazırlıq çərçivəsində yarışa 3 həftə qalmış idmançıların dözümlülük məşqi xarakteri daşıyacaq. Qaçışda klubu sumqayıtlı üzvləri, yerli və Bakıdan, eləcə digər şəhərlərdən gələn idmançılar iştirak edəcəklər. Qoşulmaq istəyənlər üçün giriş sərbəstdir. 
Əlaqə: 051 710 00 00

Seçilən
9
fanat.az

1Mənbələr