AZ

Türkiyə Prezidenti Livanda atəşkəsi alqışladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livanda atəşkəs razılaşmasını alqışlayıb.

Korrespondent.az yerli KİV-ə istinadən bildirirki, Türkiyə lideri bu barədə Ankarada hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının iclasında Yaxın Şərqdəki vəziyyəti şərh edərkən danışıb.

Onun sözlərinə görə, “İsrail ilə Livan arasında noyabrın 27-də səhər qüvvəyə minən barışıq anlaşması Ankara üçün məmnunluq mənbəyidir”.

Siyasətçi bütün tərəfləri “ərazidə sakitliyi təmin etmək üçün razılaşmalara açıq-aşkar sadiq olmağa” çağırıb.

Türkiyə lideri Ankaranın Qəzza zolağında uzunmüddətli atəşkəsin təmin edilməsinə mümkün töhfə verməyə hazır olduğunu vurğulayıb.

Dövlət başçısı əmin edib ki, Ankara regiondakı bütün böhranların, o cümlədən Rusiya ilə Ukrayna arasında 1000 gündən artıq davam edən müharibənin dayandırılmasının tərəfdarıdır. O əlavə edib: “Türkiyənin qlobal siyasətin qütblərindən biri kimi rolu gündən-günə güclənir”.

Seçilən
0
4
korrespondent.az

5Mənbələr