AZ

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Biləsuvar Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib.

Gömrük sistemində tətbiq edilən yeniliklərlə bağlı sahibkarların məlumatlandırılması, idxal-ixrac əməliyyatları zamanı biznes subyektlərinin qarşılaşdıqları məsələlərin birgə müzakirəsi və həlli məqsədilə təşkil olunan görüşdə qeyd edilib ki, Gömrük Xidmətinin Fəaliyyət Proqramındakı əsas hədəflərdən biri gömrük-biznes münasibətlərində qarşılıqlı etimad mühitinin yaradılmasıdır. Bu məqsədlə sahibkarlarla işgüzar, səmərəli əməkdaşlığın qurulması, könüllü riayət prinsipinin formalaşdırılması, məmnunluğun və şəffaflığın artırılması məqsədilə gömrük sistemində yeniliklər, təkmilləşdirilmələr aparılır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb, biznes subyektlərinin sualları ətraflı cavablandırılıb.

Seçilən
28
xalqqazeti.az

1Mənbələr