Qanunsuz mərc əməliyyatı ittihamı ilə ev dustaqlığına məhkum edilən məşhur aparıcı Mehmet Ali Erbilin cəzası qaldırılıb.
Erbilin məhkəmə nəzarəti tədbiri ləğv edilib.
Erbil vəkilinin etirazını qiymətləndirən məhkəmə aparıcının həftədə bir dəfə polis idarəsinə gedib imza atması qərarına gəlib. Eyni istintaq çərçivəsində "ev dustaqlığı" cəzasına məhkum edilən müğənni Serdar Ortaçın da cəzası ləğv olunub.
Xatırladaq ki, Serdar Ortaç və Mehmet Ali Erbil haqqında ev dustaqlığı barədə qərar verilmişdi./Milli.Az/