AZ

İran necə yumşaldı?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bütün radikal bəyanatlarına və davamlı hərbə-zorbalarına baxmayaraq, İran hakimiyyəti təqribən iki illik fasilədən sonra yenidən Qərblə danışıqlara gedir - bu həftənin cümə günü, noyabrın 29-da Cenevrədə İran rəsmiləri ilə Avropa "üçlüyü" - Almaniya, Böyük Britaniya və Fransa təmsilçiləri arasında müzakirələr başlayacaq.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan yeni süjetdə qeyd olunub.
Bildirilir ki, danışıqlarda Avropa İttifaqının nümayəndəsi Enrike Moranın da vasitəçi qismində iştirak edəcəyi xəbər verilib.
"Maraqlıdır ki, bu barədə ilk xəbəri ötən bazar günü İran diplomatik mənbələrinə istinadən Yaponiyanın "Kyodo" informasiya agentliyi yayıb və qeyd edib ki, danışıqlarda İran nümayəndə heyətinə xarici işlər nazirinin müavini Məcid Təxtrəvançi rəhbərlik edəcək. Az sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəğayi məlumatı təsdiq edib. Onun sözlərinə görə, xarici işlər nazirinin müavinləri səviyyəsində keçiriləcək danışıqlarda bir çox regional və beynəlxalq məsələlər ətrafında, o cümlədən Fələstin və Livan mövzusunda, eləcə də İranın nüvə proqramı barədə müzakirələr aparılacaq. Bəğayi, həmçinin hökuməti mümkün təslimçilik ittihamlarından sanki bəri başdan sığortalamaq üçün müzakirələrin İran xarici siyasətinin üç məşhur prinsipi - "izzət, hikmət və məsləhət" əsasında baş tutacağını xüsusi vurğulayıb. Üstəlik, mühafizəkar siyasi dairələrə bağlı olan "Fərhixteqan" qəzeti məlumatlı mənbələrə istinadla yazıb ki, danışıqlara başlamağın təşəbbüskarı İran tərəfi olub, Avropa ölkələri də bu təklifə müsbət yanaşıb", - deyə müəllif vurğulayıb.
Ətraflı süjetdə:
Seçilən
16
50
oxu.az

10Mənbələr