Türkiyənin "Beşiktaş" klubunun prezidenti Hasan Arat “ağ-qaralar”ın futbol şöbəsinə rəhbərlikdən istefa verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, futbol şöbəsinə yeni rəhbər seçilənədək bu vəzifəni müvəqqəti olaraq Hüseyn Yücel icra edəcək.
Qeyd edək ki, bu gün "Beşiktaş"ın vitse-prezidenti Onur Göçmez, idman koordinatoru Samet Aybaba, klub məsləhətçisi Bred Fridel, media və kommunikasiya qrupu koordinatoru Okay Karaca, rabitə meneceri İşıl Zeybek də istefa verib.