Livan ordusu ölkə hökumətinin göstərişlərinə uyğun olaraq cənub sərhədinə əlavə hərbi kontingentlər yerləşdirməyə başlayıb.
Bu barədə NNA xəbər agentliyi Livan Ordu Komandanlığının bəyanatına istinadən xəbər verib.
“BMT-nin Livandakı Müvəqqəti Qüvvələri ilə koordinasiya əsasında daha sonra cənub sərhəd sektorlarına irəliləmək üçün mexanikləşdirilmiş bölmələr bir neçə bölgədən Litani çayına köçürülür”, - deyə məlumatda bildirilir.
Bildirilib ki, əməliyyat “Livan hökumətinin BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin bütün müddəalarını yerinə yetirmək öhdəliyinə uyğun olaraq həyata keçirilir”.