Misli Premyer Liqasında çıxış edən “Şamaxı” komandası futbolçusu İlkin Muradovla yollarını ayırıb.
Bölgə təmsilçisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, cari mövsümün əvvəlində “Şamaxı”ya keçən İ.Muradov bu komandanın heyətində 12 matçda iştirak edib.