“Qazaxıstan Rusiyanın strateji tərəfdaşı və etibarlı müttəfiqidir”.
Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Moskva və Astana ikitərəfli münasibətlərdə mürəkkəb məsələlərin həlli yollarını axtarmaq arzusundadır. Hesab edirəm ki, imzalanması planlaşdırılan sənədlər əməkdaşlığın inkişafı üçün yaxşı əsas olacaq. İki ölkə arasında münasibətlər ən dinamik və yaxşı şəkildə inkişaf edir. Hazırkı danışıqlar üçün bir sıra sənədlər, o cümlədən birgə bəyanat və müxtəlif sahələr üzrə bütöv sazişlər paketi hazırlanıb. Rusiya Qazaxıstanın ən böyük ticarət-iqtisadi tərəfdaşlarından biri olaraq qalır. Keçən il ticarət dövriyyəsi 28,5 milyard dollara çatıb. Bundan əlavə, vətəndaş cəmiyyətləri, təhsil və elm, eləcə də regionlararası əməkdaşlıq vasitəsilə humanitar əlaqələr inkişaf etdirilib”, – Putin vurğulayıb.
Öz növbəsində Tokayev bildirib ki, Moskva ilə Astana arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir.
“Əlbəttə ki, bizim vəzifəmiz bu əməkdaşlığın səngiməməsini, ölkələrimiz arasında ticarətin uğurla inkişaf etməsini, investisiya əməkdaşlığının dərinləşməsini təmin etməkdir”, – Tokayev bildirib.
XAtırladaq ki, Putin bu gün Astanaya dövlət səfərinə gəlib. Hava limanında təntənəli qarşılanma olub, fəxri qarovul dəstəsi keçib./Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta