Bakı. Trend:
ABŞ Venesuelada keçirilən prezident seçkilərindən sonrarepressiyalarda ittiham edərək 21 Venesuela rəsmisinə qarşısanksiya tətbiq edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyiməlumat yayıb.
"Bu gün Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi(OFAC) Nikolas Maduro ilə əlaqəsi olan 21 təhlükəsizlik xidmətininəməkdaşı və kabinet üzvünə sanksiya tətbiq edir", - deyəbildirilib.
Eyni zamanda, ABŞ Dövlət Departamenti Maduronu dəstəkləyən birsıra Venesuela rəsmilərinə viza məhdudiyyəti qoyub.