AZ

Putin bu problemin həll yolunu tapdı: Qazaxıstandan istifadə edəcək

Rusiya prezidenti Vladimir Putin sanksiyaların qarşısının alınması sxemlərini asanlaşdırmaq üçün Qazaxıstandan istifadəni davam etdirmək niyyətindədir.

Publika.az xəbər verir ki, bunu Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri bildiriblər.

Putin və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev noyabrın 27-də Astanada görüşüb və Rusiyanın “yeni dünya nizamı” yaratmaq səyləri çərçivəsində Rusiya-Qazaxıstan strateji tərəfdaşlığının dərinləşdirilməsinə dair birgə bəyanat imzalayıblar.

Putin və Tokayev Rusiya-Qazaxıstan siyasi, iqtisadi, enerji və tranzit əməkdaşlığını dərinləşdirən daha 19 sənəd imzalayıblar.

Seçilən
38
1
publika.az

10Mənbələr