Cümə günü, 29 noyabrda Yer kürəsini maqnit qasırğası bürüyəcək.
Titul.az xəbər verir ki, bu barədə Günəş astronomiyası laboratoriyasının mütəxəssisləri təşkilatın rəsmi saytına məlumat yerləşdiriblər.
Geomaqnit təsiri 6 bal gücündə olacaq. Proqnozlara görə, pik dövr gecə saat 00:00-dan günorta saat 12:00-a qədər olacaq, bundan sonra qasırğa zəifləməyə başlayacaq. Saat 18:00-dan 21:00-a qədər isə dörd bal gücündə ikinci bir aktivlik gözlənilir. Mütəxəssislər bu maqnit qasırğasını G2 səviyyəsində, yəni orta güclü kimi qiymətləndirirlər.
Dekabr ayına olan proqnozlar göstərir ki, cümə günü baş verən qasırğadan sonra ilin sonuna qədər maqnitosfer sabit vəziyyətdə qalacaq./BAKU.WS
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!