Nüfuz alverində təqsirləndirilən Vəkillər Kollegiyasının üzvü Rzayev Babək Vahid oğlunun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Cinayət işi baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilərək hakim Gülnar Səfərəliyevanın icraatına verilib.
Qeyd edək ki, onun barəsində bu ilin sentyabr ayında cinayət işi açılıb. İstintaq materiallarına görə, Babək Rzayev Naxçıvan Muxtar Respublikası ərazisində müvafiq məhkəmənin icraatında olan cinayət işi üzrə özünün təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxsin qərarına təsir etmək imkanına malik olmasını vətəndaşlara bildirib.
O, 2024-cü ilin iyun ayı ərzində müxtəlif məbləğlərdə müqavilədən kənar pulu tələb edərək almaqda təqsirləndirilib.