Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Rusiya yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv rəqibi ilə səfərdə üz-üzə gələcək.
Soçi şəhərindəki FİŞT Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Görüşün baş hakimi tacikistanlı Dilşoda Rahmonova olacaq.
Qeyd edək ki, komandalar dekabrın 2-də yenidən üz-üzə gələcəklər.