AZ

Paytaxtda 81 min yeni mülkiyyət qeydiyyata alınıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cari ilin yanvar-oktyabr aylarında daşınmaz əmlak üzərində 306 min 456 mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarışla təmin edib.

Dövlət Xidmətinin məlumatına görə, bu göstəricinin 51 min 502-si (16,8 faiz) ilkin, 254 min 954-ü isə (83,2 faiz) isə təkrar qeydiyyatla rəsmləşdirilib. Eyni zamanda, hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 51 min 582, mənzil üzərində 70 min 691, torpaq sahəsi 173 min 315, qeyri-yaşayış binası 2855, qeyri-yaşayış sahəsi 7277, əmlak kompleksi 688, çoxmərtəbəli yaşayış binası üzərində isə 48 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə mülkiyyət hüquqlarının 81 min 250-si Bakı şəhərində, qalan hissəsi isə bölgələrdə qeydiyyata alınıb.

Seçilən
4
xalqqazeti.az

1Mənbələr