İndoneziyanın Şimali Sumatra əyalətində torpaq sürüşməsi nəticəsində azı 27 nəfər ölüb, itkin düşənlərin axtarışları davam edir.
Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması üzrə Milli Agentlik məlumat yayıb.
Məlumata görə, qüvvələr itkin düşənlərin axtarışına və sürüşmə nəticəsində zədələnmiş yolların təmizlənməsinə yönəlib. Əyalətdə sürüşmələrə güclü yağışlar səbəb olub. Təbii fəlakət nəticəsində yaşayış binalarına, məscidlərə və çəltik sahələrinə ziyan dəyib.
Asiya ölkəsinin Meteorologiya, Klimatologiya və Geofizika Agentliyi xəbərdarlıq edib ki, La Nina iqlim fenomeni və arxipelaqda yağıntıların artması səbəbindən İndoneziyada 2024-cü ilin sonuna qədər ekstremal hava şəraiti gözlənilir.
Türkan İSGƏNDƏRLİ