AZ

Astanada KTMT-nin şuralarının birgə iclası keçirilir

Qazaxıstanın paytaxtı Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) böyük sammiti ərəfəsində təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katiblərinin Komitəsinin birgə iclası keçirilir.

Tədbirlər çərçivəsində sülhməramlı fəaliyyət, kadr hazırlığı, elmi fəaliyyət kimi istiqamətlər üzrə 30-dan çox məsələnin müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, bu gün Astanada KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Sammitin işində təşkilatda iştirakını donduran Ermənistan istisna olmaqla, bütün liderlər iştirak edəcək. İclas əvvəlcə dar tərkibdə, sonra isə geniş tərkibdə olacaq.//Report

Seçilən
28
3
musavat.com

5Mənbələr